Bakıda 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Bineqedi.com xəbər verir ki, Binəqədi rayonunda 2019-cu il təvəllüdlü Rəhim Əlirza oğlu Səfərov ailə üzvlərinin yanında olan zaman yaşadığı evin həyətində manqalın üstünə çıxıb tut dərmək istəyib. Bu zaman manqal azyaşlının üzərinə aşıb.
Ağır xəsarət alan 4 yaşlı oğlan Kliniki Tibbi Mərkəzə çatdırılsa da, orada vəfat edib.
Bakıda kişi evində ölü tapılıb.
Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşayan, 1989-cu il təvəllüdlü Xaqani Allahverdiyev yaşadığı evin tavanından asılı vəziyyətdə aşkarlanıb.
Onun intihar etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.

















