Binəqədi Rayon Prokurorluğunun beynəlxalq axtarışda olan sabiq əməkdaşı tutulub

0
143

Binəqədi Rayon Prokurorluğunun beynəlxalq axtarışda olan sabiq əməkdaşı Adil Qədirov tutulub.

Bineqedi.com saytı xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, axtarışda olan şəxs polisin keçirdiyi tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, 2014-cü ildən Binəqədi Rayon Prokurorluğunun sabiq əməkdaşı, 1958-ci il təvəllüdlü Qədirov Adil Rəsul oğlu Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

A. Qədirov Azərbaycanda olmadığından onun tutulması üçün İnterpola müraciət edilib.

Qeyd edək ki, A. Qədirov əvvəllər Binəqədi Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışıb.

Bineqedi.com

Əvvəlki məqaləMən niyə Şuşada üşüdüm?
Növbəti məqalədə“Bəzi qonşu ölkələr Azərbaycana qarşı düşmən mövqeyindən əl çəkmək istəmirlər”