Binəqədidə “İnsan hüquqları: dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib – FOTOLAR

0
95
insan-huquqlari-dini-etiqad-azadligi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Binəqədi Rayon İcra Hakimiyyəti və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan Hüquqları: dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib.
Bineqedi.com-a verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Rəşadət Hidayətov və Elşən Quluzadə və rayon gəncləri iştirak ediblər.
Qeyd edək ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd edilir.
Çıxışlar zamanı Azərbaycan Respublikasının qanunvericiliyində əks olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında iştirakçılara geniş məlumat verilib, ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının layiqincə qorunması istiqamətində görülmüş işlərdən danışılıb. Tədbirdə dini radikalizmin, dini ekstremizmin, xurafatın cəmiyyətimizdə insan hüquq və azadlıqlarına yaratdığı fəsadlar və onlara qarşı aparılan mübarizə yolları haqqında ətraflı məlumat verildi.
Diskussiya formatında keçən görüşdə gəncləri maraqlandıran suallar cavablandırıldı.
Bineqedi.com
May be an image of 13 people, people studying and text
May be an image of 11 people, people studying, crowd and text
Əvvəlki məqaləBinəqədi rayon məktəblərinin müəllimləri arasında voleybol turniri keçirilib
Növbəti məqalədə“Instagram”da kredit və Şuşaya tur təşkili vədi ilə insanları aldadan şəxs tutulub – VİDEO