Binəqədidə abadlıq-təmizlik işləri davam etdirilir – FOTOLAR

0
95
Binəqədidə abadlıq-təmizlik işləri davam etdirilir.
Bineqedi.com saytına verilən məlumata görə, abadlıq-təmizlik işləri zamanı parklar, məhəllələr arası istirahət sahələrində, eləcə də magistral yolların kənarlarında təmizlik işləri aparılıb.
Binaların qarşısında olan istirahət guşələrindəki oturacaqlar təmir edilir, yollardakı çalalar hamarlanır. Bundan əlavə yol kənarları quru otlardan təmizlənir, ağacların quru budaqları budanır, gövdəsi ağardılır, əvvəl əkilmiş güllərə, ağaclara və yaşıllıqlara qulluq göstərilir.
Eyni zamanda rayon ərazisində yerləşən ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri, küçələrdə səkilər, işıq dirəkləri yuyulur, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılır, bir sıra yerlərdə hasarlar rənglənir, məişət tullantıları konteynerləri təmir-bərpa edilir.
Keçirilən iməclik və ağacəkmə aksiyaları ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərimizin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Bineqedi.com
Bir 2 nəfər, skuter, siqvey və ot şəkili ola bilər
Bir 1 nəfər və küçə şəkili ola bilər
Bir 2 nəfər və skeytbord şəkili ola bilər
Bir 3 nəfər, xidməti nəqliyyat vasitəsi, tullantı, yük maşını, çəngəlli yükləyici və mətn şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə evlərdən oğurluq edən şəxs saxlanılıb
Növbəti məqalədəPrezident İlham Əliyev: “Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran şəxs idi”