Binəqədi rayonunda evlərdən oğurluq edən şəxs saxlanılıb.
Bineqedi.com saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Çiçək və Hökməli qəsəbələrində 2 evdən 2600 manat dəyərində qızıl-zinət əşyaları, 600 manat dəyərində məişət əşyaları və elektrik naqili, Çiçək qəsəbəsində yerləşən bir binanın qazanxanasından 1600 manat dəyərində mühərrik hissələri, elektrik naqili, təmir alətləri, 2 binanın zirzəmisindən 4250 manat dəyərində 4 ədəd velosiped, 2 ədəd monitor, müşahidə kamerası, istilik sistemləri, təmir alətləri və elektrik naqili oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 43 yaşlı Şahin Məmmədov müəyyən olunaraq saxlanılıb.
Bakıda evdən meyit tapılıb.
Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 38 yaşlı Fuad Talıbovun meyiti yaşadığı evdə aşkar edilib.
Onun ölümünün səbəbi məlum deyil. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı araşdırılma aparılır.