Binəqədidə şəhid Ramiz Ağayevin xatirəsi yad edilib

0
203
25 iyul şəhid Ağayev Ramiz İmamverdi oğlunun dünyaya göz açdığı gündür.
Bineqedi.com xəbər verir ki, bununla əlaqədar şəhidin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin əməkdaşı Füzuli Mehrabzadə, BRİH başçısı Aparatının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov və digər əməkdaşlar şəhidin xatirəsini ehtiramla yad etdilər, məzarı üstünə gül dəstələri düzdülər.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Bineqedi.com
Əvvəlki məqaləAzərbaycanda əmək pensiyalarının minimum və orta aylıq məbləği 433,3 manata yüksəlib
Növbəti məqalədəBinəqədidə avtomobildən 3500 manat oğurlanıb