Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi – Foto

0
57
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com-a verilən məlumata görə, görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Rövşən Hüseynov küçəsində qurumuş ağacın kəsilməsi, S.Bəhlulzadə küçəsi I keçiddə asfalt örtüyünün vurulması, Çinarlı küçəsində üstüaçıq kanalizasiya xəttinin təmizlənməsi, Hacıbababəyov küçəsində işıq dirəklərinin olmasına baxmayaraq, küçə işıqlarının yanmaması ilə əlaqədar, M.Məhəmmədxan küçəsi ilə Q.Qarayev küçəsi arasında yerləşən pilləkənlərin təmir edilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Əvvəlki məqaləBinəqədidə aztəminatlı ailələrin övladlarına məktəbli forması paylanılıb – Foto
Növbəti məqalədəQarabağ əlilliyi düzəldəcəm deyib 20 minə yaxın pul aldı