Binəqədidə mülki müdafiə üzrə xəbərdarlıq və toplanış məşqi keçirilib – FOTO

0
10988
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı Qərarının tələblərinə və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 15 dekabr 2025-ci il tarixli 197 nömrəli Sərəncamına əsasən, 5 oktyabr 2026-cı il tarixində Binəqədi rayonunda ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış məşqi keçirilib.
Bineqedi.comxəbər verir ki, məşqin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin yoxlanılması, xəbərdarlıq və toplanış tədbirlərinin operativliyinin təmin edilməsi, eləcə də aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi olub.
Keçirilən məşq çərçivəsində mülki müdafiə dəstələrinin müəyyən edilmiş qaydalara uyğun olaraq xəbərdar edilməsi və toplanışı təmin edilib, şəxsi heyətin fövqəladə hallara hazırlıq vəziyyəti qiymətləndirilib.
Məşq qarşıya qoyulmuş tapşırıqlara uyğun şəkildə həyata keçirilib.
Şəkilin açıqlaması yoxdur.
Bir təcili tibbi yardım maşını şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Bir təcili tibbi yardım maşını və mətn şəkili ola bilər
Əvvəlki məqaləBakıda marşrut avtobusu belə aşdı – Anbaan video