14 yaşlı qız Binəqədidən Masallıya qaçırılıb

0
120
bineqedi-rayon-polis-idaresi-43-polis-bolmesi-qirxucuncu1

Bakı sakini yetkinlik yaşına çatmayan qızının itkin düşməsi barədə polisə müraciət edib.

Bineqedi.com xəbər verir ki, M.E. sentyabrın 10-da Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək 2009-cu il təvəllüdlü qızının itkin düşməsi barədə məlumat verib.

O bildirib ki, 14 yaşlı qızı Binəqədidə yaşadıqları evdən naməlum istiqamətdə gedib, bir daha geri qayıtmayaraq itkin düşüb.

14 yaşlı qız daha sonra telefonla polisə zəng edərək adını bildirmədiyi şəxs tərəfindən evlənmək məqsədilə Masallı rayonuna aparıldığını deyib.

Faktla bağlı Binəqədi RPİ-nin 43-cü PB-də araşdırma aparılır.

Əvvəlki məqaləOrdumuzla bağlı yalan məlumat yayan şəxs tutuldu – Rəsmi
Növbəti məqalədəCeyhun Bayramov: “Seçki” adlı təxribat erməni sakinlərin nümayəndəsi ilə dialoq səylərinə növbəti zərbədir”