Bu gün 5 rayonda qaz olmayacaq – SİYAHI

0
45
qaz-kesilecek-xeberdarliq-mavi-yanacaq

Xırdalan QPS-dən qidalanan, BMSK qaz xəttində yaranmış qaz sızmanın aradan qaldırılması ilə əlaqədar 25.09.2019-cu il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Biləcəri qəsəbəsinin bir hissəsi, Binəqədi şossesi, DSK yolu, Vulkan ətrafında (16000 abonent üçün) qaz təchizatı dayandırılacaq.

Bundan başqa, “Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, səhər saat 09:00-dan etibarən işlər başa çatanadək “Qaz İxrac” İdarəsinin balansında olan kəmərlərdə bir sıra təmir işləri ilə bağlı Sabunçu rayonunun Maştağa, Savalan qəsəbələri, Bağlar, Albalılıq bağ massivləri, Kanal qırağı ərazi, eləcə də Xəzər rayonu, Buzovna qəsəbəsi, Atçılıq yaşayış massivlərinin qaz təchizatına məhdudiyyətlər qoyulub.

Eyni zamanda, səhər saat 09:00-dan etibarən aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi ilə bağlı Xaçmaz şəhərində bir qrup abonentin qaz verilişində fasilələr yaranıb.

Zəlzələdən sonra tikintisi başa çatdırılmış evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinin icrası ilə bağlı Ağsu rayonunun bir neçə yaşayış məntəqəsində də qaz təchizatı dayandırılıb.

Əvvəlki məqaləYAP Binəqədi rayon təşkilatında ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
Növbəti məqalədə7-ci mikrorayonda qurumuş, aşma təhlükəsi olan ağaclar kəsilib – Fotolar