7-ci mikrorayonda qurumuş, aşma təhlükəsi olan ağaclar kəsilib – Fotolar

0
46

Binəqədi rayonu 7-ci mikrorayon ərazisində qurumuş, aşma təhlükəsi olan ağaclar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən kəsilib.

Bineqedi.info xəbər verir ki, 80 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən A.Kunanbayev küçəsi 5a/8 saylı yaşayış binasının həyətində ağacların qalıqları xüsusi təyinatlı nəqliyyat vasitələrinin köməyi ilə daşınır. Fotoları təqdim edirik.

yasillasdirma-agac-budama-bineqedi1

Qeyd edək ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bir müddət öncə açıqlama verərək paytaxtın 12 rayonu üzrə ümumilikdə beş minə yaxın ağacın quruduğunun müəyyənləşdirildiyini bildirib.

yasillasdirma-agac-budama-bineqedi2

Əvvəlki məqaləBu gün 5 rayonda qaz olmayacaq – SİYAHI
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaş qəbulu – Fotolar