Deputat Azay Quliyev şəhid ailələri və qazilərlə görüşdü – Fotolar

0
119

Deputat Azay Quliyev Binəqədi Gənclər Evinin akt zalında 44 Günlük Vətən müharibəsi Şəhidlərinin “Anım Günü” münasibətilə bir qrup Şəhid ailələri, Qazilər və müharibə iştirakçıları ilə görüş keçirib.

Bineqedi.com saytı xəbər verir ki, görüşdə qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Deputat Azay Quliyev bildirib ki, Vətən müharibəsinin və anti-terror tədbirlərinin nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam və qəti olaraq bərpa edilib.
Bu tarixi və şərəfli Zəfərin əsas qəhrəmanları olan Şəhidlərimiz və qazilərimiz heç vaxt unudulmayacaq, Şəhidlərimizin ailə üzvləri və qaziləri hər zaman dövlətin daim diqqət və qayğısını hiss edəcək. Bu baxımdan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci Vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın fəalliyəti hamımız üçün ən gözəl nümunədir.
Vətən müharibəsi dövründə olduğu kimi bundan sonra da milli birliyimizi və həmrəyliyimizi davam etdirməli və “Dəmir Yumruq” ətrafında daha sıx birləşməliyik”.
Sonra deputat tədbir iştirakçılarını narahat edən məsələləri dinləyib və onların həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.

 

1..jpg (105 KB)

2.jpg (71 KB)

3.jpg (83 KB)

Əvvəlki məqaləMüdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib – FOTO
Növbəti məqalədəAntiterror tədbirləri zamanı 192 hərbçimiz şəhid olub