Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib – FOTO

0
122

Sentyabrın 27-də Anım Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, əvvəlcə hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.

Sonda general-polkovnik Z.Həsənov və nazirliyin digər rəhbər heyəti şəhidlərin ailə üzvləri və yaxınları ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.

Şəhid ailələrinin üzvləri xiyabanda aparılan yenidənqurma, abadlıq işləri, o cümlədən ziyarətçilər üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər. Şəhid məzarlarına hörmət və ehtiramla qulluq göstərildiyinə görə minnətdarlıqlarını bildiriblər.

 

Əvvəlki məqaləBu gün Azərbaycanda Anım Günüdür
Növbəti məqalədəDeputat Azay Quliyev şəhid ailələri və qazilərlə görüşdü – Fotolar