Binəqədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib – FOTO

0
1879
Binəqədidə eyni evdə bacı və qardaş bıçaqlanıb

Bakının Binəqədi rayonu ərazisində avtomobil betona çırpılıb.

Bineqedi.com saytı apa-ya istinadən xəbər verir ki, qəza Bakı-Sumqayıt şosesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

VAZ-2107 markalı minik avtomobilini idarə edən Ülvi Məhəmməd oğlu Səddrəddinbəyov sükana nəzarəti itirib. İdarəetmədən çıxan avtomobil yol kənarındakı beton səddə çırpılıb. Sürücü aldığı xəsarətlərdən ölüb.

Qəza ilə əlaqədar Bakı-Sumqayıt şosesinin “Ekologiya postu” istiqamətində tıxac yaranıb.

Yol Patrul Xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyib. Sürücünün meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi Rayon şöbəsinə yerləşdirilib.
Əvvəlki məqaləAzərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Növbəti məqalədə“Prezidentin Xankəndi, Xocalı, Ağdərə və Əsgəranda bayrağımızı qaldırması çox böyük tarixi hadisədir”