Bakının Binəqədi rayonu ərazisində avtomobil betona çırpılıb.
Bineqedi.com saytı apa-ya istinadən xəbər verir ki, qəza Bakı-Sumqayıt şosesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
VAZ-2107 markalı minik avtomobilini idarə edən Ülvi Məhəmməd oğlu Səddrəddinbəyov sükana nəzarəti itirib. İdarəetmədən çıxan avtomobil yol kənarındakı beton səddə çırpılıb. Sürücü aldığı xəsarətlərdən ölüb.
Qəza ilə əlaqədar Bakı-Sumqayıt şosesinin “Ekologiya postu” istiqamətində tıxac yaranıb.
Yol Patrul Xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyib. Sürücünün meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi Rayon şöbəsinə yerləşdirilib.