Emin Əmrullayev: “Azərbaycan dövləti mənim xaricdə təhsilimə 130 min dollar sərmayə qoyub”

0
157
emin-emrullayev-tehsil-naziri

“Azərbaycan dövləti mənim xaricdə təhsilimə 130 min dollar sərmayə qoyub”.

Bineqedi.com-ın məlumatına görə, bunu Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunun “İnnovasiya ekosisteminin yaradılması” panelində çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, bir çox ali təhsil müəssisələrində artıq rəqabət mühiti formalaşır:

“Lakin onlarda təhsil haqları da fərqlənir, biz dövlət olaraq 8 min, 10 min avro ödədiyimiz proqramlar var. Məsələn, mən hesabladım ki, dövlət mənim xaricdə təhsilimə 130 min dollar xərcləyib. Mövcud əmək bazarının heç də hamısında eyni aktiv yanaşma yoxdur”.

“Bu gün ölkədə yoluxucu xəstəliklə bağlı karantin müddətinə keçən təhsil müəssisəsi yoxdur”.

Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, əgər bu kimi kütləvi yoluxma halları olarsa, aidiyyəti qurumlarla birgə qərar qəbul edilir:

“Xəstəliyin karantin müddəti bitdikdən sonra müəssisə fəaliyyətini bərpa edir. Mümkün olarsa, həmin müddətdə distant təhsilə keçid edilə bilər. Çünki pandemiyada bu təcrübə formalaşıb”.

“Əminəm ki, Xankəndidə ən qısa zamanda təhsil müəssisələri bərpa olunacaq”.

Onun sözlərinə görə, təbii ki, bu məsələdə müəyyən işlər, yəni təhlükəsizlik həll olunmalıdır:

“Bundan sonra əhalinin qayıtmasını və təhsilin başlamasını görəcəyik. Tarixlər isə müvafiq qərargahın qərarından sonra olacaq”.

Elm və təhsil naziri Emin Əmrullayev keçmiş məcburi köçkünlərin təhsil aldığı müəssisələrin aqibəti barədə danışıb.

“30 illik işğal dövründə bəzi məktəblərə yeni binalar tikilib. Bu halda həmin bina həmin əraziyə uyğunlaşdırılır. Misal olaraq, Şuşa şəhər 1 nömrəli məktəb istifadəyə verildikdən sonra Bakıdakı təhsil ocağı ayrı məktəb kimi fəaliyyətini davam etdirəcək. Bəzi hallarda məktəblərin binası yoxdur, ona görə də ləğvi mümkünsüzdür. Yəni məktəb publik hüquqi şəxs kimi tarixi yerinə köçür. Kimlərsə köçmürlərsə, məktəb yerində qalıb digərləri kimi fəaliyyətini davam etdirir”, – deyə nazir əlavə edib.

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib – FOTO
Növbəti məqalədəMetroda gedişhaqqı tarifləri ilə bağlı yenilik