Qələbəmizi əks etdirən filmləri görmürük – Azay Quliyev

0
2066
azay-quliyev-azay-guliyev

“Azərbaycan 3 ildir qələbə qazanıb. Lakin hələ də bu tarixi özündə əks etdirən bədii əsər və filmlər görə bilmirik”.

Bineqedi.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

O bildirib ki, dövlət büdcəsindən kino sahəsi üçünü ayrılan vəsaitlərə istiqamətdən də baxılmalıdır: “Bəzən insan unutqan olur. Tarixi qələbədə əməyi olan qəhrəmanları yaşatmalıyıq. Mədəniyyət Nazirliyi də bilvasitə bu işə dəstək verməli və nəticə görməliyik”.

“Məhkəmə qərarlarının böyük hissəsi icra olunmur”.

Deputat qeyd edib ki, 1 milyondan çox icra olunmamış məhkəmə qərarı var: “Səbəblərdən biri kimi potensialın olmamağı, əməkdaşların sayının və əmək haqlarının kifayət qədər olmaması göstərilir. Biz icra məmurlarının fəaliyyətinin dəstəklənməsi üçün əlavə hansı maliyyə resurslarından istifadə etməliyik? Dünyada praktikasında icra olunan hər bir işin qarşılığında bonuslar verilir”.

Əvvəlki məqaləBinəqədidə Vətən müharibəsi şəhidi Anar Məmmədovun xatirəsi anılıb – Foto
Növbəti məqalədəBinəqədidə sudan qanunsuz istifadə halları aşkarlandı – VİDEO