Binəqədidə yük maşınları toqquşub, xəsarət alan var – FOTO

0
2122
kamaz-qeza

Paytaxtın Binəqədi rayonunda iki yük maşınının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bineqedi.com xəbər verir ki, qəza “Baksol” yolunda qeydə alınıb.

Belə ki, idarəetməni itirən “KamAZ” markalı yük maşının sürücüsü digər eyni markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə nəticəsində yük maşınlarına ciddi ziyan dəyib.

Qəzada bir nəfər yüngül xəsarət alıb.

Hadisənin təfərrüatı araşdırılır.

Əvvəlki məqaləBinəqədidə qüllədə köməksiz qalan şəxs xilas olunub – VİDEO
Növbəti məqalədəBinəqədidə yaşayış binasının zirzəmisi çirkab sularla dolub – VİDEO