Binəqədi rayonu ərazisində təmizlik, iməcilik işləri davam etdirilir.
Rayon İcra Hakimiyyətindən Bineqedi.com saytına verilən məlumata görə, Binəqədi rayonu ərazisində həftə ərzində təmizlik, iməcilik mütəmadi şəkildə davam etdirilib.
Belə ki, rayon ərazisində mərkəzi və qəsəbədaxili yollar təmizlənib. Həmçinin, mövcud yaşıllıqlara xüsusi diqqət göstərilib, yabanı otlar təmizlənib, ətraf ərazidə təmizlik işləri aparılıb.
Bundan başqa, məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı təmizlənib, park ərazilərində yazılan yazıların silinməsi işləri aparılıb.