Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bineqedi.com xəbər verir ki, FHN-dən verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Xüsusi alpinist ləvazimatlarından istifadə edərək doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə daxil olan xilasedicilər tərəfindən yaşlı qadına müvafiq köməklik göstərilib.