12 yaşında nişanlandırılan qızın valideynlərindən izahat alındı – RƏSMİ

0
1278

Sabirabadda uşaq evliliyinə cəhd olunması ilə bağlı məlumat mediada və sosial şəbəkələrdə yaylmadan öncə rayondan daxil olan məlumat əsasında aidiyyatı qurumların əməkdaşları, Sabirabad Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın həmçinin Polis əməkdaşlarının və Komitənin Sabirabad Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşlarının iştirakı ilə ailəyə səfər olunub.

Bineqedi.com xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

O qeyd edib ki, ailə başçılarının izahatları alınıb, qanunla erkən yaşda nikaha təhrik etmənin məsuliyyət yaratdığı onların diqqətinə çatdırılıb.

“Yekun olaraq valideynlərdən azyaşlı qızın 18 yaşı tamam olana qədər toy mərasiminin baş tutmayacağına dair yazılı izahat alınıb.

Bildirilib ki,əgər 12 yaşlı qızın yetkinlik yaşına çatana qədər toy mərasimi baş tutarsa, həmin şəxslər qanunamüvafiq formada məsuliyyətə cəlb ediləcəklər. Sözügedən ailə, Dövlət Komitəsinin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin, icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılır.

Baş verənlər qızın psixoloji durumuna mənfi təsir göstərməsin deyə Komissiyanın və mərkəzin psixoloqları onunla tez-tez görüş də, təşkil edəcəklər”, – deyə o bildirib.

Əvvəlki məqaləMüəllimlərə yeni vəzifələr veriləcək – Nazir AÇIQLADI
Növbəti məqalədəBinəqədidə avtomobil məscidin hasarına çırpıldı: Ölən və xəsarət alanlar var