Müəllimlərə yeni vəzifələr veriləcək – Nazir AÇIQLADI

0
1915
emin-emrullayev-tehsil-naziri

“2024-cü ildə riyaziyyat və xarici dil fənləri üzrə sertifikatlaşdırma imtahanı olacaq”.

Bineqedi.com-un məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV”də yayımlanan “Əsas Məsələ” verilişində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu il sertifikatlaşdırma imtahanından kəsilənlər 2024-cü ildə yenidən imtahan vermək şansı qazanıblar:

“2026-cı ilə qədər respublikada 137 minə yaxın müəllimin sertifikasiyadan keçməsini planlaşdırırıq”.

Nazir əlavə edib ki, məktəb direktorları yuxarı bal toplamış müəllimlər arasından seçiləcəklər:

“Bu proses tədricən həyata keçiriləcək. İkinci istiqamət müəllimlərə dəstək vasitəsilə metodik xidmətin qurulmasıdır. Yuxarı bal toplamış müəllimlərimizin növbəti mərhələdə baş müəllim, mentor, metodist, ekspert və ya başqa adlarla karyeralarının inkişaf etdirilməsi hədəfimizdir. Hələlik bu adlar müzakirə edilir.

Çünki fərqləndirilmə olduqca önəmlidir. Əsas məsələlərdən biri də müəllimlərin yarımştatdan tam vəzifəyə keçirilməsidir. Prosesi səbirlə və mərhələli yerinə yetirsək, növbəti üç il ərzində müəllimlərin hazırlıq səviyyəsi, əməkhaqları daha da yaxşılaşacaq”.

2026-cı ilə qədər işğaldan azad edilən ərazilərdə 100-dən artıq yeni məktəbin tikintisi planlaşdırılır.

Nazir qeyd edib ki, işğal dövründə məcburi köçkün məktəbi statusu var idi. Bu, özlüyündə qeyri-adi status idi.

“Azərbaycanda məcburi köçkünlər qalmadığı kimi, məcburi köçkün məktəbləri də qalmasın. Böyük Qayıdış Proqramı çərçivəsində məktəblər, müəllim heyəti öz yurdlarına qayıdır. İnanırıq ki, həmin məktəblər Azərbaycan təhsili üçün keyfiyyətli təhsil xidməti göstərən məkana çevriləcək.

Öz yurdlarına qayıdan insanlar arasında müəllimlər olur. İlk növbədə həmin şəxslərin yaşayış yerlərinə görə məktəblərə cəlb edirik”, – deyə E.Əmrullayev bildirib.

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirildi – FOTO
Növbəti məqalədə12 yaşında nişanlandırılan qızın valideynlərindən izahat alındı – RƏSMİ