Binəqədi rayonunda 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Bineqedi.info xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon Prokurorunun müavini Elgiz Qənizadə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Yunis Hüseynov, Prokurorluğun əməkdaşları iştirak ediblər.
Tədbiri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov açaraq prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.
V. İsmayılov qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti artıq öz bəhrəsini verib.
Azərbaycan Respublikası digər sahələrlə yanaşı, cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində öz təcrübəsini bölüşən bir ölkəyə çevrilib.
Növbəti çıxışçılar öz çıxışlarında prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin müstəsna rolu olduğunu bildirərək ölkə başçısının prokurorluq orqanlarına və ümumilikdə hüquq-mühafizə orqanlarına göstərdiyi diqqət və qayğını qeyd edib.