Bakıda 33 yaşlı qız itkin düşüb.
Bineqedi.info saytı APA-ya istinadən xəbər verir ki, Binəqədi rayon sakini, Qurbanova Zümrüd Aydın qızı sentyabrın 28-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına itkin düşən qızın anası Əsmətxanım Qurbanova məlumat verib. Z. Qurbanovanın ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.