Binəqədidə narkomaniya ilə mübarizə mövzusunda hesabat tədbiri keçirildi -Foto

0
2165
Binəqədi Rayon İcra Hakimiyyətində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə birgə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə rayon icra hakimiyyətlərinin rolu” mövzusunda hesabat tədbiri keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev və Rayon Komissiyasının üzvləri iştirak edirdilər.
Keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının üzvlərinin iştirakı ilə müvafiq dövr ərzində qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar görülmüş işlərə dair hesabatlar dinlənilmiş, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlığını təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərinin görülməsi və rayonda asudə vaxtın səmərəli təşkili məqsədilə yeniyetmə və gənclərə xidmət göstərən dövlət müəssisələrinin fəaliyyətinin inkişaf etdirilməsi, bu sahədə çalışan mütəxəssis və əməkdaşların biliklərinin, bacarıqlarının və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində müzakirələr aparılmışdır.
Bineqedi.com 
Əvvəlki məqaləBacısını amansızlıqla öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
Növbəti məqalədəBayram günlərində maska taxın! – Nazirlikdən çağırış