Binəqədidə evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb

0
1900
bineqedi-polis-bolmesi

Bakının Binəqədi rayonunda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də rayon ərazisindəki evlərin birindən 5000 manat, 2000 ABŞ dolları, 100 avro pul, 8000 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Kamil Məmmədov və Qismət Nəcəfli müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədidə avtomobil MSK-nın divarına çırpılıb, xəsarət alanlar var – FOTO
Növbəti məqalədəDYP sürücülərə müraciət etdi