Bakıda yeniyetmə qız dəm qazından vəfat edib.
Bineqedi.com xəbbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
2011-ci il təvəllüdlü Fidan Qarayeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Binəqədi qəsəbəsində yerləşən 179 saylı tam orta məktəbin qarşısında baş verib.
1998-ci il təvəllüdlü Rəhimli Saday Nəriman oğlu idarə etdiyi “Mercedes 190” markalı avtomaşınla yolu keçən 1963-cü il təvəllüdlü Kərimova Səyyarə Misir qızını vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanıb.

















