Binəqədidə 13 yaşlı qız faciəvi şəkildə öldü

0
2203

Bakıda yeniyetmə qız dəm qazından vəfat edib.

Bineqedi.com xəbbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

2011-ci il təvəllüdlü Fidan Qarayeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi qəsəbəsində yerləşən 179 saylı tam orta məktəbin qarşısında baş verib.

1998-ci il təvəllüdlü Rəhimli Saday Nəriman oğlu idarə etdiyi “Mercedes 190” markalı avtomaşınla yolu keçən 1963-cü il təvəllüdlü Kərimova Səyyarə Misir qızını vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanıb.

Əvvəlki məqaləAzərbaycanda maşınlar bahalaşacaq? – VİDEO
Növbəti məqalədəBinəqədidə qanunsuz tikili söküldü – VİDEO