Binəqədidə qanunsuz tikili söküldü – VİDEO

0
1838
qanunsuz-tikili-bineqedi.png

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bineqedi.com saytı xəbər verir ki, bu çərçivədə, Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Əvvəlki məqaləBinəqədidə 13 yaşlı qız faciəvi şəkildə öldü
Növbəti məqalədəBakıda yeni turistik istiqamətlər yaradılacaq