Binəqədidə baş verən partlayışda ölən və yaralananların olduğu bildirilir – VİDEO

0
3829
bineqedi-partlayis-abay.png

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində sexdə partlayış olub.
Bineqedi.com
 xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində sexdə partlayış olması barədə ilkin məlumat daxil olub.
“Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əlavə məlumat veriləcək”.
DİN-in mətbuat xidmətindən isə bildirilib ki, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib:
“Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür”.

Bakıda sexdə partlayış nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
Bu barədə APA məlumat yayıb.
Qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Asif Məmmədli, Baş Prokurorluğun idarə rəisi Mahir Abbasov hadisə yerinə gəlib.
TƏBİB də yanğınla bağlı məlumat yayıb.
Bildirilib ki, yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.
Qeyd olunub ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.

Bineqedi.com


Əvvəlki məqalə2024-cü ilin yanvarında bütün növ pensiyalar orta hesabla 10,8 % artırılacaq
Növbəti məqalədəDTX xarici ölkəyə aid saxta sənəd hazırlayan mütəşəkkil cinayətkar dəstəni ifşa etdi – VİDEO