Bələdiyyə sədri səyyar görüşdə həm də hesabat verdi

0
56

Binəqədi rayonu Xocəsən bələdiyyəsinin sədri Məhərrəm Əsgərovun Xocəsən bələdiyyəsinin inzibati ərazisi olan 28 May qəsəbəsində yerləşən 306 saylı tam orta məktəbdə sakinlərlə səyyar görüşü keçirilib. Bu barədə məlumatı Xocasən bələdiyyəsi məlumat yayıb.

Bineqedi.info xəbər verir ki, görüşdə 28 May qəsəbəsi üzrə nümayəndə Namil Məmmədov iştirak edib.

Bələdiyyə sədri ilk öncə müəllimlər günü münasibəti ilə 306 saylı tam orta məktəbin rəhbərliyi və müəllim heyyətini təbrik edib.

Daha sonra bələdiyyənin 9 aylıq hesabatını sakinlərin nəzərinə çatdıraraq , qanunsuz tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı sualları və onları narahat edən problemləri cavablandırmış həlli yolunda diskusiyalar aparıb.

 

Əvvəlki məqaləYAP Binəqədi Rayon Təşkilatı “Beynəlxalq Müəllimlər Günü”nü belə qeyd edib – Fotolar
Növbəti məqalədəAzərbaycana avtomobil idxalı 2 dəfə artıb