Binəqədidə evdən meyit aşkarlandı

0
2126

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bineqedi.com xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

***

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı yük avtomobili KIA markalı minik avtomobilini əzib.

Eyni markalı digər minik maşınına da ziyan dəyib. Aşan yük maşını yol kənarında hasarı da dağıdıb.

Hadisə nəticəsində yük maşının sürücüsü 1975-ci il təvəllüdlü Asif Həsən oğlu Dünyamalıyev ölüb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. Hadisənin təfərrüatı araşdırılır.

Əvvəlki məqaləBu qaydaları pozanları 1000 manat cərimə gözləyir
Növbəti məqalədəElxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO