Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
2574
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin S.Məmmədova küçəsi, 203b saylı ünvanda binanın zirzəmisinin və girişlərin dezinfeksiya olunması, M.Cəlal küçəsi 121 ünvanında binanın girişlərinin təmiri və binanın həyətində oturacaqların quraşdırılması, M.Cəlal küçəsində sahibsiz heyvanların yığışdırılması, M.Cəlal küçəsi 51 saylı ünvanda mövcud işıq dirəklərində lampaların yenisi ilə əvəz olunması, H.Babaşov küçəsi 9 saylı ünvanda ağacların budanması, H.Babaşov küçəsi 17 saylı binanın 3-cü girişində liftin təmir olunması, 157 saylı məktəbin qarşısında qurumuş ağacın kəsilməsi, İ.Həşimov küçəsi 6a ünvanında zirzəminin və girişlərin dezinfeksiya olunması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 10 nəfər şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə evdən meyit aşkarlandı
Növbəti məqalədə“Fermerlər inqilabı” – Makron Fransasının çöküşü sürətlənir – ŞƏRH