Binəqədidə avtomobil 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib

0
2205
qeza-tecili-yardim-bicaqlanma-kriminal

Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.com saytı report-a istinadən xəbər verir ki, metronun “Azadlıq” stansiyasının yanında avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Murad Qurban oğlu Səmədovu vurub.

Yaralı təcili tibbi yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozu qoyulub.

***

Fevralın 4-nə keçən gecə Sulutəpə qəsəbəsi ərazisindən “KamAZ” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Fətəliyev saxlanılıb.

Polis əməkdaşları həmin avtomobili onunla birlikdə Abşeron rayonunun Çaylı kəndində hissələrə bölüb satmaqda şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş Urfan Əhmədovu da müəyyən edərək saxlayıblar.

E.Fətəliyevin M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən daha bir “KamAZ” markalı avtomobili qaçırması da müəyyən olunub.

Həmin avtomobil də polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində tapılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləDaha bir uşaq qızılcadan öldü
Növbəti məqalədəƏsgəranda kütləvi məzarlıq aşkarlandı – FOTO