Binəqədidə maşın dərəyə yuvarlandı, SƏRNİŞİN ÖLDÜ

0
2110
tecili yardim

Bakıda avtomobil dərəyə yuvarlanıb. 

Bineqedi.com lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Novxanı qəsəbəsində qeydə alınıb.

56 yaşlı Rasim Ağayev idarə etdiyi “Opel Zafira” markalı avtomobillə dənizkənarı mərkəzi yolla hərəkətdə olarkən “Mirakl” istirahət mərkəzinin yaxınlığında idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq dərəyə yuvarlanıb.

Nəticədə avtomobildə olan sərnişin 48 yaşlı Nəzakət Ağayeva hadisə yerində həyatını itirib.

Əvvəlki məqaləElçin Əmirbəyov: “Ermənistan əvvəlki kimi faktiki olaraq ərazilərimizə iddia edir”
Növbəti məqalədəPrezident İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar – Video