Binəqədidə Bədən Tərbiyəsi və İdman Günü münasibətilə yarış keçirilib – Foto

0
2965
Binəqədi Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 335 nömrəli tam orta məktəbdə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə şən startlar əyləncəli idman oyunu keçirilib.
Məktəblilərin böyük marağına səbəb olan turnirdə 30 oğlan və 30 qız olmaqla ümummilikdə 60 məktəbli qalibiyyət üçün mübarizə aparıb.
İdman oyununun nəticəsinə əsasən:
I yeri: Cəsur komandası
II yeri: Zəfər komandası
III yeri: Uğur komandası tutub.
Bineqedi.com saytına verilən məlumata görə, qaliblərin mükafatlandırılma mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, BŞGİİ-nin Binəqədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Namiq Tarverdiyev və 335 nömrəli tam orta məktəbin direktoru Xoşqədəm Məmmədova iştirak edib.
Əvvəlki məqaləŞəhid ailəsinin üzvləri özəl universitetlərdə pulsuz təhsil alacaqlar
Növbəti məqalədəBu sürücülər 50 AZN cərimələnəcək