Bu sürücülər 50 AZN cərimələnəcək

0
2924
polis-karantin-cerime

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) mobil telefonlardan istifadə ilə bağlı sürücülərə müraciət edib.

Bineqedi.com xəbər verir ki, bu barədə milli.az-a NİİM-dən məlumat verilib.

Bildirilib ki, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biri də nəqliyyat vasitəsinin hərəkəti zamanı sükan arxasında mobil telefondan istifadə etməkdir:

“Bu vəziyyətdə sürücünün diqqəti yayınır və qəza baş vermə riski əhəmiyyətli dərəcədə artır. Təəssüflər olsun ki belə olduğu təqdirdə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur. Təhlükənin miqyasını nəzərə alaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hazırladığı növbəti maarifləndirici videoçarxı təqdim edirik”.

“İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əlində saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulub”, – məlumatda qeyd olunub.

Əvvəlki məqaləBinəqədidə Bədən Tərbiyəsi və İdman Günü münasibətilə yarış keçirilib – Foto
Növbəti məqalədəBinəqədidə meşəlik ərazi baxımsız vəziyyətdədir – VİDEO