Binəqədidə keçmiş məhkum işlədiyi avtoyuma məntəqəsindən maşın qaçırdı

0
3061
besinci-polis-bolmesi.

Bakıda avtoyuma məntəqəsindən maşın qaçırılıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 15-nə keçən gecə Binəqədi rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “BMW” markalı avtomobilin qaçırılması barədə 5-ci Polis Bölməsinə məlumat daxil olub.

Araşdırmalarla avtomobilin avtoyuma məntəqəsinin işçisi tərəfindən qaçırılması müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Samir Abbasov Lerik rayonunun Piran kəndi ərazisində avtomobillə birgə saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

***

Bakıda 10 yaşlı oğlan itkin düşüb.

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan, 2014-cü il təvəllüdlü Bəkirov Onur Taleh oğlu aprelin 12-də yaşadığı evdən naməlum istiqamətə gedərək geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədinin 2 məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib – Foto
Növbəti məqalədəPrezident: “Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb”