Binəqədinin 2 məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib – Foto

0
3068
imtahan
Binəqədi rayon ümumi təhsil məktəblərinin 2 şagirdi buraxılış imtahanlarında maksimum nəticə əldə etmişdir.
Bineqedi.com verir ki, 2024-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında Binəqədi rayonu R.Pirnəzərov adına 299 nömrəli məktəb-liseyin şagirdi Ağazadə Nərmin Teymur qızı və N.Babayev adına 144 nömrəli tam orta məktəbin şagirdi Rzabəyli Aydan Famil qızı ən yüksək nəticə göstərərək 300 bal toplamışlar.
Hər iki şagirdi qazandıqları bu böyük uğur münasibətilə təbrik edir və gələcək işlərində daha böyük uğurlar, nailiyyətlər arzu edirik!
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.
May be an image of 1 person, studying and smiling
May be an image of 1 person and smiling
Əvvəlki məqaləPrezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? – DOSYE
Növbəti məqalədəBinəqədidə keçmiş məhkum işlədiyi avtoyuma məntəqəsindən maşın qaçırdı