Binəqədidə qəzada 37 yaşlı qadın yaralanıb

0
2873
tecili-yardim

Bakının Binəqədi rayonunda 37 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Bineqedi.com xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü İnci Tofiq qızı Əhmədova xəsarət alıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
***

Aprelin 17-si saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi “Howo” markalı avtomobillə yolun kənarı ilə gedən 35-40 yaşlı qadını vurub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Əvvəlki məqaləŞirvan suvarma kanalından minlərlə insan faydalancaq
Növbəti məqalədəBakıda bu yol 3 gün bağlı olacaq