Bakının Binəqədi rayonunda 37 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Bineqedi.com xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü İnci Tofiq qızı Əhmədova xəsarət alıb.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Aprelin 17-si saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi “Howo” markalı avtomobillə yolun kənarı ilə gedən 35-40 yaşlı qadını vurub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

















