Binəqədidə AKS markalı avtomat tapılıb

0
2509

Bakı şəhəri, Binəqədi rayonunda 1 ədəd AKS markalı avtomat aşkarlanıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Çobanov Nicat Qürbət oğluna məxsus bir ədəd AKS markalı avtomat silah və içərisində 10 ədəd 5,45 kalibrli güllə olan 1 ədəd avtomat sandıqcası Binəqədi rayonu Çiçək qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakının Binəqədi rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Cəfərzadə E.-ni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Əvvəlki məqaləAzərbaycan və Ermənistan delimitasiya işlərini vasitəçi olmadan aparır – Prezident
Növbəti məqalədəBinəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib – Video