Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib – Video

0
2511
bineqedi-rayon-polis-idaresi

Binəqədi Rayon İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçiribIər.

Bineqedi.com saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirlər zamanı əvvəllər məhkum olunmuş Azər Əzizovdan 2 kiloqram 130 qram heroin, Xırdalan şəhər sakini Murad Hüseynovdan 4 kiloqram 375 qram marixuana aşkarlanıb.

Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

İdarə əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı qanunsuz olaraq odlu silah-sursat saxlayan əvvəllər məhkum olunmuş Oktay Xanlarzadə saxlanılıb. Onda 1 lüləsi kəsilmiş odlu silah və 4 patron aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının aprel ayı ərzində keçirdikləri silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 95 fakt aşkar olunub. Vətəndaşlarla aparılan profilaktik tədbirlərin nəticəsi olaraq 7 odlu silah, o cümlədən 5 “Kalaşnikov” avtomatı, 2 “Makarov” tapançası və 187 patron polis əməkdaşlarına təhvil verilib.

Bineqedi-polis-emeliyat-png

 

Əvvəlki məqaləBinəqədidə AKS markalı avtomat tapılıb
Növbəti məqalədəAzərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək – RƏSMİ