Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
3228
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın məsul şəxsləri, bələdiyyə, bələdiyyənin əməkdaşları, nümayəndəlik, nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin İ.Dadaşov küçəsi 72 ünvanında 3 ədəd quru ağacın kəsilməsi, vətəndaşın işlə təmin olunmasına köməklik göstərilməsi, N.Nərimanov küçəsi 85 ünvanında quru ağacların kəsilməsi, Azadlıq prospekti 186 ünvanında tikintisi başa çatmamış divarın sökülməsi və yaş həddinə görə müqaviləsinə xitam verilmiş sosial işçinin yenidən işə götürülməsi, S.S.Axundov küçəsi 4 ünvanında liftin dəyişdirilməsi və liftin elektrik xəttlərinin yüklənməsinin aradan qaldırılması, Azadlıq prospekti 180/20 ünvanında Azərsu ASC tərəfindən su xəttinin təmiri zamanı sıradan çıxmış asfalt örtüyünün bərpa olunması, İ.Dadaşov küçəsi 71 ünvanında quru və təhlükəli vəziyyətdə olan ağacların kəsilib-götürülməsi, həmin ünvanda liftin təmiri və həyətin asfaltlanması, Azadlıq prospekti 184/24 ünvanında binanın üzlüyünün və navalçaların təmiri, eyni zamanda həmin ünvanda Azərişıq ASC tərəfindən səkidə aparılan təmir işləri zamanı sıradan çıxmış asfalt örtüyünün bərpa olunması, Ş.Məmmədova küçəsi 15 ünvanda yeni salınan həyətə asfalt örtüyünün çəkilməsi və işıq dirəklərində lampaların olmaması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Əvvəlki məqaləPrezident: “Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq”
Növbəti məqalədəSülhə gedən yol Ermənistan konstitusiyasına dəyişiklikdən keçir – TƏHLİL