“Keçid ballarında dəyişiklik gözlənilir”

0
3039

“Builki keçid ballarında dəyişikliyin olacağı gözlənilir”.

Bineqedi.com verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 9-u başlayıb 19-na kimi davam edəcək: “Sonrakı mərhələdə kolleclərə də ixtisas seçimi elan olunacaq”.

V.Misirov əlavə edib ki, növbəti həftə “Abituriyent-4” jurnalı çap olunacaq: “Həmin jurnalda plan yerləri olacaq. Gələn həftə məlumat kitabçası da çap olunacaq, orada abituriyentlərin nəticələri və bal intervalı üzrə paylanma yer alacaq”.

Keçid ballarında dəyişikliyin gözlənildiyini qeyd edən aparat rəhbəri deyib ki, hansı qruplar üzrə dəyişiklik olacağı ixtisas seçimindən sonra dəqiq bilinəcək.

kecid-ballarinda-deyisiklik-gozlenilir

Əvvəlki məqaləFHN-in Dövlət Yanğın Nəzarəti Xidməti müşavirə keçirdi – Foto
Növbəti məqalədəLaçında dörd hərbçimizin meyiti tapıldı – Rəsmi