Müdafiə Nazirliyinin strukturunda dəyişiklik

0
3264

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Bineqedi.com xəbər verir ki, Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısında dəyişiklik edilib. 

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Dəyişikliklə Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci də sözügedən siyahıya əlavə edilib. 

Fərmana əsasən, Milli Müdafiə Universitetinin rektorunun müavinləri, habelə Universitetin tabeliyindəki Hərbi Elmi Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun, Heydər Əliyev adına Hərbi İnstitutun rektorları və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi Azərbaycan Respublikası müdafiə nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən, Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin, Naxçıvan Hərbi Kollecinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Hərbi Liseyin rəisləri isə Universitet rektorunun təqdimatına əsasən Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Əvvəlki məqaləLaçında dörd hərbçimizin meyiti tapıldı – Rəsmi
Növbəti məqalədə1 avqust – Azərbaycan Əlifbası Günüdür