Binəqədidə adına park salınmış Milli Qəhrəman – Fərhad Hümbətov

0
188
milli-qehreman-ferhad-hummetov

Hümbətov Fərhad Qənbər oğlu 10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində doğulmuşdur. 1991-ci ilin oktyabr ayında cəbhəyə gedib. Könüllülərdən ibarət Şıx batalyonunun sıralarında döyüşə atılır, bir neçə kəndin azad olunmasında böyük şücaət göstərir.
Fərhadın döyüş yolu çox çətin olmuşdur. O, 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüş yolu keçirmiş və düşmənin 5 postunu dağıtmışdır. 1992-ci il martın 29-u Fərhad öz dəstəsi ilə Xocalının Kosalar kəndində əməliyyat keçirir. Qüvvələr nisbəti ermənilərin xeyrinə idi. Buna baxmayaraq, düşmən xeyli canlı qüvvə itirdi. Əlavə qüvvə gəlmədiyinə görə öz dəstəsi ilə geri çəkilmək məcburiyyətində qalır. O, bu döyüşdə bir neçə yaralını xilas etsə də özü qəhrəmancasına həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hümbətov Fərhad Qənbər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakının Binəqədi rayonunda adına park salınmış və burada büstü qoyulmuşdur.
Binəqədi rayonunun Biləcəri qəsəbəsində 25 fevral 2014-cü ildə istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Fərhad Hümbətovun büstü ucaldılmışdır.

Əvvəlki məqaləBinəqədi rayonunda IX yaradıcılıq festivalı keçirilib – Fotolar
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətinin başçısı “Son zəng”də iştirak edib