Binəqədidə şəhidlərin məzarı ziyarət olundu – Foto

0
9088

Şəhid Paşayev Samir Adişirin oğlunun və şəhid Budaqov Rufiz Şirzad oğlunun anım günləri ilə əlaqədar məzarları ziyarət olunub.

Bineqedi.com saytı xəbər verir ki, ziyarətlərdə şəhidlərimizin ailə üzvləri və yaxınları ilə yanaşı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Səməndər Mənəfov, sektorun əməkdaşı Rəhman Qəhrəmanov, M.Ə. Rəsulzadə qəsəbə inzibati dairəsi üzrə nümayəndə Zaur Qafarov, Biləcəri Bələdiyyəsinin sədri Fərid Cəfərov, Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova və digər şəxslər iştirak ediblər.

Mərasimlər zamanı şəhidlərimizin ruhuna dualar oxunub, məzarları üzərinə tər güllər düzülüb.

Qeyd edək ki, şəhid Budaqov Rufiz Şirzad oğlu 12 iyul 1977 tarixində Naxcıvan Muxtar Respublikasının Ordubad rayon Tivi kəndində dünyaya göz aşmışdı. Rufiz Budaqov Tivi kəndində yerləşən M.Kərimov adına tam orta məktəbdə təhsil almışdı.
1995-ci ildən Ordubad rayon hərbi hissəsində həqiqi hərbi xidmətə yollanmış və ömrünün digər yarısını Vətənə xidmətlə başa vurmuşdur. Ailəli idi. Günay, Könül, Rəvan adlı 3 övladı var.
Azərbaycan Ordusunun giziri olan Rufiz Budaqov 2020-ci il sentyabrın 27-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə zamanı şəhid olmuş və II Fəxri Xiyabanda dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rufiz Budaqov ölümündən sonra “Qarabağ ordeni” və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyir, Uca Allahdan hər birinə rəhmət diləyirik.

Bir mətn şəkili ola bilər

Şəkilin açıqlaması yoxdur.

Şəkilin açıqlaması yoxdur.

Bir Naməlum əsgərin məzarı və mətn şəkili ola bilər

Əvvəlki məqaləMinimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR