Binəqədidə yaşadığı evdə yanıb külə dönmüş 12 yaşlı Firuzənin ölümündə qonşular anasını günahlandırır. Yanğın zamanı uşaq evdə tək, sahibsiz olub. Qonşuların sözlərinə görə, ana mütəmadi olaraq gecələr evə gəlməyib və həmin gecə də evdə olmayıb. Uşağı gecə saat 2-də yanıb külə dönən ananı polislər səhər saat 9-da tapıb gətiriblər. Ana tapılarkən Masazırda başqa bir kişi ilə bərabər olub.
Firuzənin anası Zəminə Allahverdiyeva Zaur Baxşəliyevin “Bizimləsən” proqramında yanğın baş verən gecə Masazırda yaşayan 28 yaşlı Nail adlı idman müəlliminin evində olduğunu deyib:
“Uşağa dərman almağa pulum yox idi. İdman müəllimi var, tanışdır. Ondan borc pul istədim. Oğlumun oxuduğu məktəbdə işləyir. İşlədiyim marketdə tanış olmuşuq. Gecə işdən çıxıb onun evinə getdim. Onunla 1 stakan çay içdim. 1 saata yaxın evində oldum. Mənə 15 manat verdi”.
Qeyd edək ki, Firuzənin atası Qabil bəy, nənəsi Tamara xanım və əmisi Vüsal bəy Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramında onun qəsdən öldürüldüyünü, izi itirmək məqsədilə cəsədinin yandırıldığını iddia ediblər. Onlar Firuzənin seksual təcavüzə məruz qaldığını və izi itirmək məqsədilə öldürüldüyünü iddia edirlər.
Xatırladaq ki, hadisə 29 sentyabrda Binəqədi rayonunda gecə saat 2 radələrində baş verib. Yanğın baş verən zaman Firuzə yatmış vəziyyətdə olub. Onun hərəkətsiz bədəninin çox hissəsi külə dönüb.
Yaşadığı mənzildə tək olan Firuzənin yanmasından əvvəlcə qonşular xəbər tutub və FHN-ə məlumat veriblər. Qonşular və yanğınsöndürən briqada evə gələrkən uşaq artıq külə dönübmüş.
Firuzənin valideynləri boşanma ərəfəsində olublar. 9 aydır ayrı yaşayırlar.baku.ws