YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib

0
48
qarabag-azerbaycandir-nida-isaresi-bineqedi
15 oktyabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi və Xətai rayon təşkilatlarının birgə təşkilatçılığı ilə YAP fəallarının, Binəqədi və Xətai rayonlarının ictimaiyyətinin nümayəndələrinin, Qarabağ qazilərinin, həqiqi hərbi xidmətdə olan zabit və əsgərlərin, gənclərin iştirakı ilə “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib.
Bineqedi.info saytı xəbər verir ki, tədbirin keçirilməsində də əsas məqsəd ictimaiyyət, xüsusilə gənclər arasında vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi və bu istiqamətində maarifləndirmənin həyata keçirilməsidir.
qarabag-azerbaycandir-nida-isaresi-bineqedi1
Tədbirdən öncə dövlət başçısı cənab İlham Əliyevin sentyabrın 30-da Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Giriş nitqi ilə tədbiri açıq elan edən YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Anar Əliyev çıxışında bildirdi ki, müstəqil və müasir Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə ölkəmizdəki ordu quruculuğu prosedindən danışdı. Xalqımızın qəlbində əbədi və təkrarsız məhəbbət qazanmış ulu öndərimizin siyasi kursunun bu gün də cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla davam etdirildiyini söylədi. Dövlətimizin inkişafı, xalqımızın rifahı, ərazi bütövlüyümüzün dönməzliyinin təmin edildiyini, dünyada mövqeyinin daha da möhkəmləndirildiyini diqqətə çatdırıb.
qarabag-azerbaycandir-nida-isaresi-bineqedi2
YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Bayramov çıxışında vurğuladı ki, Ermənistan və onun havadarları münaqişənin sülh yolu ilə həllinə daim manelər törədir. Ermənistanın bu mövqeyi dünyada sülhə əsl təhdiddir. Zaman-zaman Ermənistan rəhbərliyi tərəfindən atəşkəs rejiminin pozulması, dinc əhalimizə qarşı ölümlə nəticələnən silahlı hücumlar və onların sərsəm bəyanatları xalqımızda haqlı olaraq ikrah hissi oyadır. Lakin dövlət başçısı cənab İlham Əliyevin qətiyyətli mövqeyini, sülhsevər cəhdlərini bütün dünya, xüsusilə xalqımız alqışlayır və qürurla qarşlayır.
Qarabağ qazisi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev isə nitqində qeyd etdi ki, Prezident cənab İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyini əks etdirən məlum çıxışı Paşinyanın uydurma bəyanatına qaçılmaz cavab idi. Onun sözlərinə görə hər bir veteran cənab Ali Baş Komandanın əmrinə müntəzirdir və torpaqlarımızın tezliklə azad edilməsi, mənfur düşmənə qarşı mübarizədə Prezident cənab İlham Əliyevin əmrini gözləyir.
qarabag-azerbaycandir-nida-isaresi-bineqedi3
Azərbaycan Respublikası Mülki Müdafiə Qоşunlarının həqiqi hərbi xidmətdə olan əsgəri Fəsli Nəbiyev ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keeçirilən uğurlu ordu islahatlarından danışdı. Ordumuzun günü-gündən inkişaf etdiyini, öz torpaqlarmızı düşməndən azad etməyə hər an hazır olduğunu bildirdi. O, həmçinin zabit və əsgərlərin hərtərəfli inkişafı, sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətinə görülən dövlət tədbirlərindən bəhs edib.
Tədbirdə eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə tədbir iştirakçıları adından müraciət səsləndirilib.
Tədbir bədii hissə ilə davam etdirildi. Sonda kollektiv xatirə şəkilləri çəkdirilib.
Bineqedi.info
Əvvəlki məqaləBinəqədidə “Baku Bus” avtobusunun iştirakı ilə qəza baş verib – BNA-dan münasibət
Növbəti məqalədəBinəqədidə yanaraq ölən 12 yaşlı qızın anası: “Gecə idman müəlliminin evinə getdim”